RSS

Архив рубрики: Əyləncə

Footbag

Footbag (Soks) — ən xoşladığım idman növlərindən biridir. Azərbaycanda bu oyun məşhur olmadığından çoxlarınız güman ki, necə oynaldığını bilmirsiniz. Buna görə də futbeq haqda yazmağa qerara gəldim.

Futbeq bizə hələ dədə-babalardan qalan müçük (dəri parçasına bərkidilmiş qurğuşun) oynunu xatırladır. Yadımdadır uşaqlıqda yığılıb necə həvəslə müçük oynamağımız. Futbeqin müçükdən bir neçə fərqi var:

  • forması;
  • təkcə çiləyib, pas ötürülməsi deyil, həm də onun vasitəsilə cürbəcür tryukların göstərilməsi;
  • təkcə ayaqla deyil, əldən başqa, bədənin bütün üzvləri ilə oynanılması.

Futbeq Azerbaycanda satılmadığına görə, özünüz düzəltməli olacaqsınız. Bunun üçün corab və evdə əlinizə keçən kiçik bərk ərzaqların (düyü, noxud, qarabaşaq \qreçka\, arpa və s.) və ya muncuqların olması kifayətdir. Corabın uc hissəsini kəsib içinə ərzaqları və/və ya muncuqları doldurub tikin. Tam sıx olmamalıdı ki, oynatmaq rahat olsun.

Oyunçuların sayı iki və daha artıq ola bilər. 6 iyul 2001-ci ildə ABŞ-da futbeq dairəsində 964 nəfər durub. Maksimal paslaşma sayı 21-22 mart 1998-ci ildə qeydə alınıb. Tricia George və Gary Lautt bir-birilərinə soksu 132 011 dəfə ötürüblər. Ən çox çiləmə isə Andy Linderə aiddir. 7 iyun 1996-cı ildə o, soksu 5 dəqiqəyə 1019 dəfə çiləyib.

Futbeqin bir neçə oyun növləri mövcuddur: Net Footbag, Double Net Footbag, Golf Footbag, Freestyle Footbag, Volley Sock və s. Daha ətraflı futbeq haqda burdan öyrənə bilərsiniz.

 
9 комментариев

Опубликовал на 8 ноября, 2010 в Əyləncə

 

Метки: , ,